Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Profermentin</i><i style="font-style:normal;color:red;"> (Mədə, bağırsaq)</i>

Profermentin (Mədə, bağırsaq)

(399 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    PROFERMENTİN
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi:
    5 ml şərbətin tərkibinə daxildir:
    Təsiredici maddələr:
    Lactobacillus acidophilus – 2,5 mq (5×10(8) KƏV)
    Lactobacillus rhamnosus – 0,5 mq (2×10(8) KƏV)
    Lactobacillus bulgaricus – 5 mq (5×10(8) KƏV)
    Lactobacillus casei – 2,5 mq (1,25×10(9) KƏV)
    Bifidobacterium bifidum – 5 mq (5×10(8) KƏV)
    *KƏV – Koloniya Əmələgətirən Vahid
    Fruktooliqosaxaridlər – 50 mq
    İnulin – 50 mq
    Vitamin D3 (Xolekalsiferol formasında) – 300 BV
    Köməkçi maddələr:
    Saxaroza, Laktoza, alfa - Tokoferol asetat, Limon turşusu, L – askorbin turşusu, Kalium sorbat, Təmizlənmiş su.
    Məhsul haqqında məlumat:
    Profermentin - Bağırsağın mikroflorasını tənzimləmək, mədə bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    4 yaşına qədər uşaqlar.
    İstifadə qaydası və dozası:
    4-7 yaş uşaqlar: 5 ml gündə 2 dəfə yeməkdən sonra;
    8-14 yaş uşaqlar: 7,5 ml gündə 2 dəfə yeməkdən sonra;
    14 yaşdan yuxarı uşaqlar və böyüklər: 10 ml gündə 2 dəfə yeməkdən sonra;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında, 100 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    İstehsalçı: “Bəyaz Flora” MMC. Bakı şəh., Abşeron ray., Fatmayı, Qara Qarayev küç. 145.
    Sifarişçi: Bəyaz Flora MMC, 1016, Aladar u 3-7, Budapeşt, Macarıstan.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video