Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Salerin</i><i style="font-style:normal;color:red;"> (Allergiyalar üçün)</i>

Salerin (Allergiyalar üçün)

(250 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    SALERİN 100 ml
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi:
    5 ml şərbətin tərkibinə daxildir:
    Təsiredici maddələr:
    Kversetin (Quercetinum) – 200 mq
    Bromelain – 200 mq
    Üçbölümlü yatıqqanqal (Bidens tripartita) otunun quru ekstraktı – 200 mq
    Zarlı gəvən (Astragalus membranaceus) kökünün quru ekstraktı – 200 mq
    İkievli gicitkən (Urtica diotica) yarpağının quru ekstraktı – 200 mq
    Hibrid öskürəkotu (Petasites hybridus) kökünün quru ekstraktı – 75 mq
    Sarıkök (Curcuma longa) kök və kökümsovunun quru ekstraktı – 50 mq
    Köməkçi maddələr:
    Saxaroza (Saccharosum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas),
    Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas
    campestris), Qatı moruq şirəsi (Raspberry juice concentrate), Təmizlənmiş su (Purified water).
    Məhsul haqqında məlumat:
    Salerin – Müxtəlif mənşəli allergiyalar zamanı qidanı bioloji fəal maddələrlə zənginləşdirən BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    18 yaşına qədər uşaqlar.
    İstifadə qaydası və dozası:
    Böyüklər: 10 ml gündə 1-2 dəfə yeməkdən 30 dəqiqə sonra;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında, 100 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: Bəyaz Flora MMC, 1016, Aladar u 3-7, Budapeşt, Macarıstan.
    İstehsalçı: “Bəyaz Flora” MMC. Bakı şəh., Abşeron ray., Fatmayı, Qara Qarayev küç. 145.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video