Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Ukroferra</i><i style="font-style:normal;color:red;"> (Qan artırıcı)</i>

Ukroferra (Qan artırıcı)

(499 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    UKROFERRA
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi:
    5 ml şərbətin tərkibinə daxildir:
    Təsiredici maddələr:
    Dəmir2+ sulfat (5 mq Dəmir2+ ekvivalentdir) – 13,6 mq
    Vitamin B12 (Sianokobolamin formasında) – 1,5 mkq
    Vitamin C (L - Askorbin turşusu formasında) – 30 mq
    Fol turşusu – 150 mkq
    Köməkçi maddələr:
    Saxaroza (Saccharosum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas campestris), Qatı portağal şirəsi (Orange juice concentrate), Təmizlənmiş su (Purified water).
    Məhsul haqqında məlumat:
    Ukroferra - Dəmir mineralı, B12, C və B9 (Fol turşusu) vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    4-7 yaş uşaqlar: 5 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;
    8-14 yaş uşaqlar: 7,5 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;
    14 yaşdan yuxarı uşaqlar və böyüklər: 10 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında, 150 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların
    əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı, Qara Qarayev küç. 145.
    Sifarişçi: Bəyaz Flora MMC, 1016, Aladar u 3-7, Budapeşt, Macarıstan.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video