Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Dr.Bliss</i><i style="font-style:normal;color:red;"> (Mədə, bağırsaq)</i>

Dr.Bliss (Mədə, bağırsaq)

(350 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    DR.BLİSS
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi:
    1 ml şərbətin tərkibinə daxildir:
    Təsiredici maddələr:
    Lactobacillus acidophilus – 0,5 mq (5×10(7) KƏV)
    Lactobacillus rhamnosus – 0,1 mq (4×10(7) KƏV)
    Bifidobacterium bifidum – 1 mq (1×10(8) KƏV)
    *KƏV – Koloniya Əmələgətirən Vahid
    Vitamin D3 (Xolekalsiferol formasında) – 400 BV
    Köməkçi maddələr:
    Saxaroza, Laktoza, Zeytun yağı, alfa – Tokoferol asetat, Limon turşusu, L – askorbin turşusu.
    Məhsul haqqında məlumat:
    Dr.Bliss - Bağırsağın mikroflorasını tənzimləmək, mədə bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    4 yaşına qədər uşaqlar.
    İstifadə qaydası və dozası:
    4-7 yaş uşaqlar: 20 damcı gündə 2 dəfə.
    8-14 yaş uşaqlar: 25 damcı gündə 2-3 dəfə.
    14 yaşdan yuxarı uşaqlar və böyüklər: 30 damcı gündə 2-3 dəfə.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda
    həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Şüşə flakonda, damcı formasında 50 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların
    əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı, Qara Qarayev küç. 145.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video