Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Nefukon</i><i style="font-style:normal;color:red;"> (Uroseptik)</i>

Nefukon (Uroseptik)

(729 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    NEFUKON
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi:
    10 ml şərbətin tərkibinə daxildir:
    Təsiredici maddələr:
    Çöl qatırquyruğu (Equisetum arvense) otunun duru ekstraktı – 1 ml
    Quş qırxbuğumu (Polygonum aviculare) otunun duru ekstraktı – 1 ml
    Dərman rozmarini (Rosmarinus officinalis) yarpağının duru ekstraktı – 1 ml
    İt itburnu (Rosa canina) meyvəsinin duru ekstraktı – 1 ml
    Yabanı cirəgülü (Pimpinella saxifraga) otunun duru ekstraktı – 1 ml
    Barmaqvari çayır (Cynodon dactylon) kökünün duru ekstraktı – 1 ml
    İstiotlu nanə (Mentha piperita) yarpağının yağı – 6 mq
    Köməkçi maddələr:
    Sorbit (Sorbitolum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas campestris), Təmizlənmiş su (Purified water).
    Məhsul haqqında məlumat:
    Nefukon – sidik - ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə qidanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün vasitədir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Böyüklər: 10 ml, gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra qəbul etməlidir.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik, laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında 250 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25°C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 2 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz!
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Fatmayı kəndi, Abşeron rayonu, Azərbaycan.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video