Cəmi: 0 AZN
<i style="font-style:normal;">PROQAMM</i><i style="font-style:normal;color:red;">damcı</i>

PROQAMMdamcı

(2 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat

    Tərkibi: (1 ml üçün) Təsiredici maddələr:
    Qamma amin yağ turşusu (Gamma amino phenil butric acid) – 50 mq Qlisin – 50 mq
    Vitamin B6 (Piridoksin hidroxlorid formasında) – 2 mq
    Köməkçi maddələr:
    Saxaroza (Saccharosum), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Təmi- zlənmiş su (Purified water).
    Məhsul haqqında məlumat:
    Proqamm - Mərkəzi Sinir Sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    1 ml-də 20 damcı mövcuddur.
    4-14 yaş uşaqlar: 20 damcı gündə 2 dəfə.
    14+ uşaqlar və böyüklər: 30 damcı gündə 2 dəfə.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz! Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Proqamm daxilə qəbul üçün məhlul – damcı 50 ml flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.

    Şərhlər
    Video