Qisa Məlumat
Tərkibi (15 ml üçün):
Təsiredici maddələr:
Vitamin D (Xolekalsiferol formasında) – 50 000 BV
Vitamin K2 (Menoksinon formasında) – 300 mkq
Köməkçi maddələr:
Zeytun yağı, α-Tokoferol asetat (E 307).
Məhsul haqqında məlumat:
“D vitamini kalsium və fosforun normal sorulmasına (istifadəsinə) kömək edir, qanda kalsiumun miqdarını normal səviyyədə saxlamağa kömək edir, normal sümüklərin müdafiəsinə kömək edir, normal əzələ funksiyasına kömək edir, normal dişlərin müdafiəsinə kömək edir. K vitamini normal qan laxtalanmasına kömək edir, normal sümüklərin müdafiəsinə kömək edir.
Əks göstərişlər:
Bioloji aktiv qida məhsulunun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq, hiperkalsemiya, hiperkalsiuria və hipervitaminoz D, cari xroniki hiperkalseamiya olan xəstələrdə böyrək daşları (nefrolitiaz, nefrokalsinoz).
İstifadə qaydası və dozası:
Səhər yeməyi zamanı və ya yeməkdən sonra daxilə qəbul olunur.
2-4 yaş uşaqlar: Gündə bir dəfə 1 damcı.
4-14 yaş uşaqlar: Gündə bir dəfə 2 damcı.
14 yaşdan yuxarı uşaqlar və böyüklər: Gündə bir dəfə 2-3 damcı.
DƏRMAN VASİTƏSİ DEYİLDİR. Bioloji aktiv qida məhsuludur.
BAQM normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Uşaqların əli çatmayan yerdə saxlayın.
Yararlılıq müddəti: 3 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub.
Saxlanma şəraiti: Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.